Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni mətbuatı: Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? 

Qarabağdakı separatçı rejimin “keçmiş müdafiə naziri” Samvel Babayan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

PİA.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Babayanın siyasi partiyası yoxdur, bir qrup şəxs tərəfindən seçkilərə qatılmağa dəvət edilib. Lakin həmin şəxslərin adlarını çəkməyib.

Babayanın sözlərinə görə, “hərbi təcrübəyə malik bir insan” kimi ona bu komandaya qoşulma təklif edildi.

O, digər siyasi qüvvələrdən heç biri ilə koalisiya qurmayacağını deyib.

Ermənistan mətbuatda vaxtaşırı Baş nazir Nikol Paşinyanın Babayanı separatçıların başçısı Araik Arutyunyana alternativ olaraq gördüyü barədə məlumat yayılır. Babayan bu cür söhbətləri “absurd” adlandırıb.

“Heç kim - nə Paşinyan, nə də başqası mənimlə belə söhbətlər etməyib”, - Babayan qeyd edib.

Xatırladaq ki, Samvel Babayan 1990-cı illərdə Qarabağda işğal siyasəti həyata keçirilərkən erməni işğalçı ordusunun komandanlarından biri olub. O, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım müəlliflərindən biridir.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay